Ermənistanda Rusiya əleyhinə mitinq keçirilir

8 Yanvar 2023 14:26

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, etirazçılar "Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!", "Ar olsun belə müttəfiqə!", "KTMT-yə yox!" və s. şüarlar səsləndiriblər.

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.

Milli.Az