Bunlar göstərdi ki, dünya düzəni artıq bu cür işləmir

8 Yanvar 2023 16:51

Qloballaşmanın neoliberal modeli tükənib, son onillikdə baş verən hadisələr və xüsusilə Ukraynadakı münaqişə bunu sübut edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan Baş nazirinin siyasi müşaviri Balazs Orban bildirib.

"Qloballaşmanın neoliberal modeli iflasa uğradı... 2010-cu ildəki hadisələr, miqrasiya, Breksit və Donald Trampın qələbəsi (2016-cı ildə ABŞ-da prezident seçkilərində - red.) göstərdi ki, neoliberal dünya düzəni artıq bu cür işləmir", - Orban vurğulayıb.

Milli.Az