Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

8 Yanvar 2023 00:34

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

Bu barədə Birinci vitse-prezident "Instagram" səhifəsində paylaşım edib.

"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!", - deyə təbrikdə qeyd olunub.

Milli.Az