İranda dollar rekord həddə bahalaşdı

7 Yanvar 2023 22:09

İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşıb.

Bildirilir ki, ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən sonra ölkədə ümummilli etiraz aksiyaları başlayıb.

Milli.Az