Polisdən təqdirəlayiq addım - Vətəndaşa belə kömək etdi - VİDEO

7 Yanvar 2023 12:34

Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, vətəndaşlardan biri Binə körpüsünün üstünə çıxaraq intihar etmək istəyib.

Əraziyə dərhal polis əməkdaşları cəlb edilib. Həmin zaman polislərdən birinin təhlükəyə baxmayaraq vətəndaşı xilas etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az