Britaniyalı müğənni Adelin səhhətində problem yaranıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi Las-Veqasdakı konserti zamanı danışıb. Səhnədə çıxışı zamanı çətinliklə addımlayan müğənni siyatik xəstəliyindən (Əksər hallarda bel yırtığı, disk sürüşməsi, sinir sıxışması və onurğa xəstəlikləri ola bilər) əziyyət çəkdiyini bildirib:
"Xəstəliyimə görə bu günlərdə çətinliklə yeriyirəm. Ağrılarım var".
Qeyd edək ki, müğənni boşandıqdan sonra psixoloji dəstək aldığını etiraf etmişdi.
Milli.Az