Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirində iştirak edəcəklər.
Yarışda 10 idmançımız mübarizə aparacaq.
Kişilərin yarışında Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) güclərini sınayacaqlar.
Turnirdə 73 ölkədən karateçilər mübarizə aparacaqlar.
Milli.Az