Azərbaycanlı kriminal avtoritet saxlanıldı - FOTO

7 Yanvar 2023 07:45

Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  azərbaycanlı mərhum "Qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.

Milli.Az