Üç nəfər dəm qazından zəhərlənib

6 Yanvar 2023 23:19

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Böyük Kəsik kənd sakinləri - 1987-ci il təvəllüdlü Hava Əliyeva, 1958-ci il təvəllüdlü Aybəniz Osmanova və 2001-ci il təvəllüdlü Yuxarı Göycəli kənd sakini Tahminə Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə hər üç şəxs yaşadığı evdə dəm qazında zəhərlənib.

Milli.Az