Qüdsə yollanan Namiq: “Buraları canlı görmək qismətimdə varmış” - VİDEO - FOTO

6 Yanvar 2023 18:29

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxulu Yeni il gecəsi İsrailin Netaniya şəhərində məkanların birində konsert proqramı ilə çıxış edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi səfər çərçivəsində Qüdsə yollanıb. 

Şəhəri qarış-qarış gəzən Qaraçuxurlu orada müsəlmanlar tərəfindən müqəddəs sayılan və müsəlmanların ilk qibləsi "Məscid-i Aksa" ya baş çəkib.

Orada dualar edən müsəlmanları və məscidin ətrafını lentə alan Namiq həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Söz xiridarı "Buraları canlı görmək qismətimdə varmış" şərhini yazıb. 

Milli.Az