Rusiya və MDB ölkələrində Jony ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli NTV kanalında yayımlanan "Maska şou" layihəsinin Yeni il buraxılışında iştirak edib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sözügedən layihədə timsah geyimində səhnəyə çıxıb.
Jony şounun birinci və ikinci mövsümlərinin qalibləri - Anatoli Tsoi (Aslan) və İldar Abdrazakov (Əjdaha) ilə bərabər dillərdə əzbər olan "Belle" adlı ariyanı səsləndirib.
"Bu heyrətamiz idi... Heç nə demək istəmirəm. Alqışlar! Çünki çıxışın inanılmaz dərəcədə gözəldir", - deyə Rusiyanın Xalq artisti Filipp Kirkorov fikirlərini ifadə edib.
Qeyd edək ki, "Maska" layihəsinin ikinci mövsümünün qalibi, azərbaycanlı müğənni Cahid Hüseynli olub.
Milli.Az