Kriminal avtoritetin həbs müddəti uzadıldı

6 Yanvar 2023 12:32

"Arman Dikiy" kimi tanınan kriminal avtoritet Arman Cumageldiyevin həbs müddəti uzadılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, kriminal avtoritetin həbs müddəti cari ilin martın 7-nə qədər uzadılıb.

Xatırladaq ki, Cumageldiyev ötən il yanvarın 7-si Qazaxıstanın Almatı şəhərində xüsusi əməliyyat nəticəsində saxlanılıb. Bu zaman onunla yanaşı 5 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvləri də saxlanılıb. Onun yanvar iğtişaşları zamanı Qazaxıstana getdiyi, burada sözügedən qruplaşma ilə Almatı sakinlərini qaçıraraq zorakılığa məruz qoyduqları barədə məlumat yayılıb.

Milli.Az