“Evimə gəlib mebelimi cızırdılar” - VİDEO

6 Yanvar 2023 13:49

Zaur və Günay Baxşəliyevlər Xalq artisti Flora Kərimovanın evində qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin qızıldan bəzədilmiş tavanı olan evi "Zaurla Günaydın" verilişində nümayiş olunub.

"Bu evdə həm sevincim, həm də göz yaşım olub. Burada Faiqi (həyat yoldaşı Faiq Şəfiyev - red) yola salmışam. Yasa gələnlər otururdular orada, mebellərimi cızırdılar. Bilmirəm niyə? Çox şey edirdilər. Sonra baxırdılar, evdə nəyisə qoltuqlarına vurub aparırdılar, oğrayırdılar", - deyə, Kərimova qeyd edib.

Milli.Az