Kirayə götürdüyü avtomobilldə yuxuya getdi, qəza törətdi - VİDEO

6 Yanvar 2023 14:33

Rusiyada, Soçidə magistral yolda baş verən zəncirvari qəzada biri uşaq olmaqla 3 nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, hadisə yerindən kadrları "Krasnodar №1" Teleqram kanalı dərc edib.

Qəza A-147 "Adler - Alpika Servis" federal avtomobil yolunda baş verib. İlkin məlumatlara görə, kirayə götürdüyü "Mercedes" markalı avtomobilin sürücüsü tuneldə sükan arxasında yuxulayıb, qarşıdan gələn zolağa çıxıb və orada "Honda" markalı minik avtomobili və onun arxasında gedən yük maşını ilə toqquşub.

Yaralılar xəstəxanaya çatdırılıb, müalicələri davam etdirilir. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

İrfan Vəliyev
Milli.Az