Təyyarə qəzaya uğrayıb, ölənlər var

6 Yanvar 2023 08:06

İspaniyanın Mursiya əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 2 nəfərin olduğu təyyarə Los-Qarrançox aerodromu yaxınlığında düşüb. Nəticədə hər iki nəfər həlak olub.

İlkin məlumata əsasən, kiçik təyyarənin pilotu idarəetməni itirib. Təyyarə yerə çırpıldıqdan sonra yanıb.

Milli.Az