Ukrayna kütləvi səfərbərliyə başlayır?

6 Yanvar 2023 07:50

Ukraynada kütləvi səfərbərliyə ehtiyac yoxdur, hərçənd situasiya dəyişə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Təəssüf ki, itkilər var. Briqadalarımızın itkilərini bərpa edirik, müəyyən tapşırıqlar üçün lazım olan bəzi xüsusi mütəxəssisləri götürürük, lakin kütləvi səfərbərliyə ehtiyac yoxdur", - deyə o bildirib.

Milli.Az