Mişeldən Putinin qərarına: Bu, ikiüzlülükdür!

6 Yanvar 2023 07:25

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə siyasətçi tviterdə yazıb.

"Ortada bir təcavüzkar var: Rusiya. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni və qroteskli ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlüdür", - Ş.Mişel vurğulayıb.

Milli.Az