Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan "Əl-Nəsr" - "Əl-Tai" matçı yanvarın 6-na təxirə salınıb.
Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır.
Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, dekabrın 31-də "Əl-Nəsr" portuqaliyalı hücumçu Kriştianu Ronaldonun transferini elan edib, yanvarın 4-də isə futbolçu komanda ilə ilk məşqinə çıxıb.
Milli.Az