Mobil rabitə operatorlarının gəlirləri açıqlandı

5 Yanvar 2023 23:12

Azərbaycanda mobil operatorların 2022-ci ilin yanvar-noyabr aylarında əldə etdiyi gəlir açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,4 faiz artaraq 2433,7 milyon manat təşkil etmiş, xidmətlərin 73,3 faizi əhaliyə göstərilib.

Xidmətlərdən əldə edilən gəlirin 38,9 faizi və ya 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Milli.Az