ABŞ Ukraynaya böyük məbləğdə yardım edəcək

5 Yanvar 2023 23:11

ABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, indiyə qədərki ən böyük yardım paketi olacaq və təxminən 3 milyard dollara başa gələcək.

Kiyevə yeni hərbi yardım paketi yanvarın 6-da elan olunacaq və onun tərkibinə 50-yə yaxın "Bradley" piyada döyüş maşını daxildir.

Milli.Az