Baş Prokurorluqdan Şəmkirdəki partlayışla bağlı AÇIQLAMA

5 Yanvar 2023 23:04

Baş Prokurorluq Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə vaxtı iki nəfər xəsarət alıb.

"Yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır, - deyə məlumatda qeyd olunub.

Milli.Az