Bakıya qayıdarkən təyyarədə öldü

5 Yanvar 2023 12:02

Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik ucbatından vəfat etməsi məlum olub.

Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az