Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya düşdü, ölən və yaralananlar var

5 Yanvar 2023 10:35

Türkiyədə şagirdləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərində baş verib.

Məlumata görə, avtobus minik maşını ilə toqquşub.

Qeyd edilib ki, hadisə zamanı yaralananların əksəriyyəti xarici vətəndaşlardır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az