Seda Sayandan örnək addım

5 Yanvar 2023 16:18

Türkiyəli müğənni Seda Sayan örnək addımıyla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi müsahibəsində geyimlərini az istifadə etdiyini açıqlayıb:

"Bir libası maksimum 2 dəfə geyinirəm. Sonra isə satıb heyvan dərnəklərinə bağışlayıram".

Sayanın bu addımı sosial şəbəkədə müsbət qarşılanıb.

Milli.Az