"MakDonalds" Qazaxıstanı tərk edir - Səbəb

5 Yanvar 2023 08:52

ABŞ-ın "MakDonalds" şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, respublikada Amerika fəst-fud restoranları şəbəkəsinin fəaliyyətinin mümkün dayandırılmasının əsas səbəblərindən biri məhsulların tədarükündəki fasilələrdir:

"Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan sonra "MakDonalds" rəhbərliyi 24 "MakDonalds" restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət kotletləri almağı qadağan edib. Şəbəkənin respublikadakı restoranlarının sahibkarı Kayrat Boranbayevin həbsdə olması işi daha da çətinləşdirir. O, martın ortalarında dövlət sektorunda xüsusilə külli miqdarda vəsaitin oğurlanması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb".

Milli.Az