Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...

15 Yanvar 2023 23:10

Məsxərə və istehza möminlərin mənəviyyatına böyük zərbə vurduğu üçün Quran və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə təkid olunur.

Hucurat surəsinin 11-ci ayəsində deyilir:

"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan (Allah yanında)daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar..."

Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:

Mömin bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mömin bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.(Biharul-ənvar75-ci cild,56-cı fəsil,12-ci hədis)

Milli.Az