Rusiyanın itkiləri ilə bağlı şok rəqəm: 250 min hərbçi...

4 Yanvar 2023 23:43

Tammiqyaslı müharibə başlayandan bəri Rusiya döyüş tanklarının ümumi ehtiyatının 60%-ni və raketlərin 70%-ni itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyinin Hərbi Missiyasının komandanı Erve Blejan deyib.

"Hesablamamıza görə, azı 60 min rus əsgəri öldürülüb və bundan üç dəfə çox isə yaralanıb. Bu isə o deməkdir ki, hazırda 250 minə yaxın rus əsgəri döyüşmək qabiliyyətinə malik deyil", - Blejan bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin itkilərini hesablamaq çətindir, amma AB-də hesab edirlər ki, bu, Rusiya ilə müqayisədə azdır.

Milli.Az