Fransa Ukraynaya yeni döyüş maşınları verir

4 Yanvar 2023 23:10

Fransa Ukraynaya "AMX-10 RC" yüngül zirehli döyüş maşınları verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Makron bildirib ki, silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə 2023-cü ilin ilk rübündə Ukraynaya yeni silah və sursatların çatdırılmasını müzakirə edir.

Milli.Az