Ukrayna BMT-ni sülhməramlıları göndərməyə çağırıb

4 Yanvar 2023 21:32

Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlıları göndərməyi xahiş edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "Bild" nəşri məlumat yayıb.

Sülhməramlı kontingentlə bağlı artıq BMT-yə müraciət göndərilib.

Qeyd edək ki, Ukrayna ötən ilin sentyabrından əraziyə BMT sülhməramlılarının göndərilməsini tələb edir.

Milli.Az