Avropada qazın qiyməti 1000 kubmetr üçün 750 dollardan aşağı düşüb. Bu, 2022-ci il fevralın 18-dən sonra ən aşağı qiymətdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "İCE" London Fond Birjasının məlumatında deyilir. Günün əvvəlindən ümumi qiymət azalması 3%-dən çox olub.
Niderlandın TTF habında fevral fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 733 dollara düşüb.
Milli.Az