18 yaşlı qız dərmandan zəhərlənib

4 Yanvar 2023 10:28

Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az bildirir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib.

Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az