"Əl-Nəsr" Ronaldunu təqdim edib - VİDEO

4 Yanvar 2023 07:28

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni transferi Kriştianu Ronaldunu təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdimatda 37 yaşlı hücumçu və komandanın baş məşqçisi Rudi Qarsiya çıxış ediblər.

Ronaldu bir çox klubdan təklif aldığını, ancaq "Əl-Nəsr"i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb.

Milli.Az