Netanyahu bu ölkəyə səfərini təxirə saldı

3 Yanvar 2023 22:56

İsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səfərini təxirə salıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, qərar milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağını ziyarət etməsindən bir neçə saat sonra qəbul edilib və bu, geniş beynəlxalq qınaqlara səbəb olub.

Xatırladaq ki, Netanyahunun ilk səfərini BƏƏ-yə edəcəyi və səfərin gələn həftə baş tutacağı bildirilirdi.

Milli.Az