Bakıda daha bir qəza: Üç avtomobil bir-biri ilə toqquşdu

3 Yanvar 2023 20:47

Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı "KİA Optima", "Nissan Kicks" və BMW markalı avtomobillər toqquşub.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Milli.Az