Masallıda ev yandı, 1 nəfər xəsarət aldı

3 Yanvar 2023 20:06

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, rayonun Qəriblər kəndində ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Milli.Az