Lavrov israilli həmkarı ilə danışdı

3 Yanvar 2023 20:02

İsrailin xarici işlər naziri Eli Koen rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsrail naziri tviter hesabında paylaşım edib.

Bildirib ki, telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.

Milli.Az