"Əvvəllər bu sudan çay qoyulurdu, amma indi əl yumağa iyrənirik" - VİDEO

4 Yanvar 2023 00:48

Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur. Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır.

Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub. Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib.

Evləri kanalın lap yaxınlığında olanlar daha çox əziyyət çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, suallarımıza cavab verilmədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az