Ələkbər Yasamallı Bakıya qayıtdı: Vəziyyəti ağırdır

3 Yanvar 2023 11:51

Bir neçə ay öncə ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparılan tanınmış meyxanaçı Ələkbər Yasamallı Bakıya qayıdıb.

Milli.Az Bakupost.az-a istinadən bildirir ki, onun çox çəki itirdiyi, vəziyyətinin ağır olduğu deyilir.

Xatırladaq ki, Ə. Yasamallı narkotik asılılığından əziyyət çəkirdi. O, bu bəladan qurtulmaq üçün xaricə getmişdi.

Milli.Az