Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb - FOTO

3 Yanvar 2023 11:31

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Facebook" qruplarından birində ailənin istəyi üzrə məlumat paylaşılıb. 

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib:

"Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar".

Milli.Az