Oleq Qazmanovun Dubayda verdiyi konsert qalmaqala səbəb oldu

3 Yanvar 2023 07:27

Məşhur rus müğənnisi Oleq Qazmanov Dubaydakı konsertdə təpki ilə üzləşib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müğənni Dubayda çıxış edərkən iki nəfər ona yaxınlaşaraq ondan Ukrayna ilə bağlı mövqeyini söyləməyi tələb ediblər.

Sənətçi buna cavab olaraq "onu sakit buraxmalarını" xahiş edib.

Qeyd edək ki, Qazmanov sosial şəbəkələrdə daha əvvəl Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı savaşa dəstək verib. Müğənni hətta bir statusunda "Rusiyanın kiçik döyüşlə dünyada böyük müharibənin qarşısını aldığını" yazıb.

Milli.Az