Aİ Şimali Koreyanı tam nüvəsizləşməyə çağırıb

3 Yanvar 2023 08:58

Avropa İttifaqı Şimali Koreyanı tam və dönməz nüvəsizləşdirmə yolu ilə getməyə çağırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Xidmətindən bildirilib.

Aİ həmçinin Şimali Koreyanı raket və pilotsuz təyyarələr buraxmaqla hərbi gərginliyi artırmağı dayandırmağa çağırıb.

Milli.Az