İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”…

3 Yanvar 2023 08:53

ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane olur.

Milli.Az axar.az-a istinadən bildirir ki, belə bir təəccüblü açıqlama ilə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian çıxış edib.

O bildirib ki, Tehran Süleymaninin qətlində əli olan ABŞ-ın 60 rəsmisini qara siyahısına daxil edib.

Qeyd edək ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani Bağdad hava limanında ABŞ PUA-larının dəqiq zərbəsi nəticəsində məhv edilib.

Q.Süleymanini kimin öldürdüyü rəsmən ortadadır və 3 ildir İranın hansı tədqiqatı apardığı məlum deyil.

Milli.Az