Bakıxanovda molla niyə öldürüldü? - YENİLƏNİB

13 May 2010 19:07
19:07

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, saxlanılan Ağamirzə Bağırov ilkin dindirmə zamanı bildirib ki, öldürdüyü molla Əşrəf Ələkbərov əslində mollalıq deyil, şorgözlük edirmiş.

Belə ki, o, qəbiristanlığın qarşısında oturaraq gəlib-gedən qız-gəlinə "ilişməklə" məşğul imiş. Qanlı hadisə də bunun üstündə baş verib. O, mərhum A.Bağırovdan həmin yerdə dayanmamasını tələb etdikdə, aralarında mübahisə yaranıb və nəticədə mollaya çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

---------------------------
16: 45

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumatan görə, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda mollalıq edən 45 yaşlı Əşrəf Ələkbərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisə saat 16:00 radələrində 80 saylı məktəbun yaxınlığında baş verib. Qətlin Suraxanı rayon sakini 51 yaşlı Ağamirzə Bağırov tərəfindən törədildiyi məlum olub. 

Faktla araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az