Oteldə DƏHŞƏTLİ YANĞIN - 3 nəfər öldü

2 Yanvar 2023 21:34

Şotlandiyanın Pert şəhərində oteldə baş verən yanğında 3 nəfər ölüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yerli vaxtla saat 05:00 radələrində "New County Hotel"də baş verən yanğında 3 nəfər və bir it ölüb.

Yüngül xəsarətlər alan bir neçə nəfərə isə tibbi yardım göstərilib.

Hələlik yanğının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az