"Baykar"ın illik gəliri açıqlandı

2 Yanvar 2023 20:53

Türkiyənin "Baykar" şirkəti 18 ölkə ilə yeni ixracat anlaşması imzalayıb. Ötən il bütün anlaşmalara dair ixracat öhdəliyinin 99,3 faizi yerinə yetirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

Bildirilir ki, "Baykar" 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir götürüb. Bundan sonra istehsal məhsulları 27 ölkəyə ixrac olunacaq.

Milli.Az