Petrosyanın qardaşı öldü

2 Yanvar 2023 19:11

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın qardaşı Kamo Ter-Petrosyan 76 yaşında ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "ilur.am" saytı məlumat yayıb.

İxtisasca həkim olan Petrosyan 1946-cı ildə Kirovakanda (Böyük Qarakilsə) anadan olub.

O, həmçinin uzun müddət "Musaler" həmyerlilər ittifaqının sədri kimi tanınıb.

Milli.Az