"Əvvəlcə Messini transfer etmək istəyirdik" - "Əl-Nəsr"in baş məşqçisi

2 Yanvar 2023 17:45

"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştianu Ronaldunu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Marca"ya açıqlamasında portuqaliyalı hücumçunun keçidi ilə bağlı danışan mütəxəssis daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib:

"Əvvəlcə Messinin transferini istəyirdim. Mən şəxsən Leonu Dohadan (Qətərin paytaxtı - red.) gətirməyə çalışdım" - deyə Qarsia bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2 illik müqavilə bağlayıb. "Əl-Nəsr"in "Real"dan Luka Modriç və PSJ-dən Serxio Ramosla maraqlanması ilə bağlı məlumatlar da yayılıb.

Milli.Az