“Maşın” şou yenidən başlayır

2 Yanvar 2023 16:44

Ölkənin ən qalmaqallı və reytinqli verilişlərindən olan "Maşın" şou yenidən başlayır.

Milli.Az olay-a istinadən xəbər verir ki, proqramın 19-cu mövsümü Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə yaz aylarında sözügedən kanalda təqdim ediləcək.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə ATV-də yayımlanan şounun qalibi Suna Kasımoğlu olmuşdu.

Milli.Az