Türkiyədə universitet əməkdaşları qəzaya düşdü - 6 ölü, 5 yaralı

2 Yanvar 2023 10:58

Türkiyənin Mardin şəhərində valilik və universitet əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qəzaya avtomobilin idarəetmədən çıxaraq aşması səbəb olub. Hadisənin Midyat-Ömerli avtomobil yolunda baş verdiyi bildirilir.

Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılardan 3-ü Midyat, 2-si isə Mardində xəstəxanalara çatdırılıb.

Milli.Az