Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

2 Yanvar 2023 07:36

Daha əvvəl "Real Madrid"də birlikdə oynamış xorvatiyalı yarımmüdafiəçi Luka Modriç və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu yenidən komanda yoldaşı ola bilər.

Milli.Az "report"a istinadən bildirir ki,bu barədə "Marca" xəbər verir.

Nəşrin məlumatına görə, daha əvvəl Ronaldu ilə müqavilə bağlamış Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Modriçi transfer etməkdə maraqlıdır.

Eyni zamanda qeyd olunub ki, Modriç özü də "Real Madrid"də çıxışını davam etdirmək və ən azı bir mövsüm bu klubda oynamaq niyyətindədir. "Kral klubu" da liderini dəstəkləyir və 37 yaşlı xorvatı vaxtından əvvəl buraxmaq fikrində deyil.

Bununla belə, "Əl-Nəsr" rəhbərliyi Modriçi almaqda israrlıdır. Bundan əlavə, hazırda PSJ-də çıxış edən "Real"ın sabiq müdafiəçisi Serxio Ramosun mümkün transferi də gündəlikdədir.

Milli.Az